“Birdəfəlik ödənişlərin verilməsinə 2018-ci ildən başlanıb. Prezident İlham Əliyev Prezident seçiləndən sonra ilk imzaladığı sənədlərdən biri bu idi”.
Fins.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.
O bildirib ki, bu ödənişlər qısa müddətdə uğurla həyata keçirilib:
“Bundan sonra Prezidentin humanistliyinin nəticəsi olaraq, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, onlardan vəfat edənlərin vərəsələrinə də bu ödənişlər edilməyə başlayıb. O dövrə qədər “İcbari sığorta” haqqında qanun olmadığına görə, həmin şəxslər icbari sığortlarını ala bilməmişdilər. Bu ödənişlərin verilməsinə 2022-ci ilin avqust ayının 2-də Nazirlər Kabineti ödənişlərin qaydalarını təsdiq etdikdən sonra başlanılıb. Bu günə qədər belə 15 200-ə yaxın şəxsə bu ödənişlər ödənilib. Həmin şəxslər heç bir sənəd toplamadan onlara praktik ödənişlər həyata keçirilib”.