Nəqliyyat ödənişlərində növbəti yenilik MTT (mass transit transaction) olacaq.
Bunu "Azərbaycanda fintex ekosistemi – bu gün və sabah” tədbirində çıxış edərkən "Visa" beynəlxalq ödəniş sisteminin Azərbaycan üzrə meneceri Nurlan Hacıyev deyib.
Onun sözlərinə görə, burada söhbət qabaqcıl nəqliyyat vasitələrində tokenizasiyanın artıq tam olaraq işlənilməsindən söhbət gedir.
"Yəni onlayn avtorizasiya deyil. Nəqliyyatda onlayn avtorizasiya olmaz. Tokenizasiya biz bilirik ki, getdikcə artır və onun üçün əlbəttə ki, yeni üsullar, təkliflər və yeni servislər nəqliyyata gətirilməlidir və biz sirf ondan danışacağıq",- deyə Nurlan Hacıyev qeyd edib.