Sosial ipoteka media reyestrindən keçən jurnalistlərə şamil ediləcək.
Fins.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.
O bildirib ki, media subyektləri mütləq qaydada media reyestrindən keçməlidirlər. "Amma jurnalistlər sərbəst şəkildə media reyestrinə daxil olmaq üçün müraciət edə və tətbiq edilən güzəştlərdən yararlana biləcəklər", - Natiq Məmmədli əlavə edib.