SOSİUM

29 Sentyabr

Bakıda 20 küçə və prospektdə sıxlıq var - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

7. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

15. Füzuli küçəsi, Rəşid Behbudov küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər;

16. Babək prospekti, mərkəz istiqamətində;

17. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;

18. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

19. “20 Yanvar” dairəsində;

20. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.