Cəza təyini zamanı nəzərə alınan halların sayı artır.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən, cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən, yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycanda qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınacaq.