İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Vətən müharibəsində, eləcə də erməni təxribatlarının qarşısını alarkən yaralanan hərbi qulluqçuqlara yardım edilməsi ilə bağlı koordinasiya mərkəzi yaradılıb.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departament rəhbəri Hikmət İbrahimli deyib.
O bildirib ki, rayon mərkəzi xəstəxanalarında o bölgədəki yaralı hərbçilərin sayına görə koordinatorlar işə götürülüb:
"Qazilər növbədənkənar qəbul edilib, xidmət göstərilir. Onlar əgər müayinə və müalicənin özəl xəstəxanalarda aparılmasını istəyirsə, onlara göndəriş verilir. Həmçinin müalicəsi rayonda mümkün olmadıqda, həmin şəxslər Bakıya yönləndirilir".
H.İbrahimli bildirib ki, müharibə iştirakçılarına yardım göstərilməsi üçün ayrıca psixoloq ştatı yaradılıb və onlara psixoloji xidmət göstərilir.