SOSİUM

03 Sentyabr

Bakının ictimai iaşə dövriyyəsi 58% artıb

Bakının bu ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 58,3% artaraq 516,6 milyon manat olub.

Fins.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 331,2 milyon manat olub. Bu da ümumi dövriyyənin 64,1%-ni təşkil edib.