SOSİUM

22 Avqust

Bu rayonda altı ayda əhaliyə 32,7 faiz çox ödənişli xidmətlər göstərilib

Salyan rayonunda 2022-ci ilin yanvar-iyun ayları ərzində əhaliyə 36 milyon 81 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,7 faiz çox ödənişli xidmətlər göstərilib.

Rayon Statistika İdarəsindən verilən məlumata görə, ümumi ödənişli xidmətin 12 milyon 228 min manatı (33,9 faizi) hüquqi şəxslər, 23 milyon 853 min manatı (66,1 faizi) hüquqi şəxs yaratmadan ödənişli xidmətlər göstərən fiziki şəxslər tərəfindən həyata keçirilib.

Əhaliyə göstərilən ödənişli xidmətlərin 10,2 faizini və ya 3 milyon 673,9 min manat məişət xidmətləri təşkil edib. Məişət xidmətlərinin 18,2 min manatı (0,5 faizi) hüquqi şəxslərin, 3 milyon 655,7 min manatı (99,5 faizi) hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin payına düşüb.

2022-ci ilin birinci yarımilliyində ictimai iaşə xidmətinin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 66,7 faiz artaraq 2 milyon 801,3 min manat olub. Rayon üzrə ictimai iaşə xidmətinin həcminin hamısı hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin payına düşüb.