Avqustun 23-də Bakıda və Abşeron yarımadasında yağmursuz.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq.
Bakıda gecə 21-23° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Mülayim şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti,
dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.