SOSİUM

17 Avqust

Bu il 802 min şəxs sosial müavinət və təqaüdlə təmin edilib

Yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 802 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, onlardan 441 min nəfəri sosial müavinətlə, 361 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz çox olmaqla 465 milyon manat, Prezident təqaüdləri üzrə 27 faiz çox olmaqla 308 milyon manat ödənilib.

Bu ilin 7 ayında 153,8 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 374,5 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

© azərtac