Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Xətai prospektinə qədər olan 350 metrlik hissəsində aparılan əsaslı təmir işləri yekunlaşıb.
Ortalama eni 12 metr olan küçədə aparılan təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyü frezlənib, mövcud piyada səkiləri 3342 kv.m sahədə bərpa olunub, küçəboyu 932 p/m yeni səki daşları düzülüb.
Küçəboyu 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Aparılan yenidənqurma işləri zamanı zəruri yerlərdə yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, hazırda təmir işləri rayonun 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsində aparılır.
Növbəti mərhələdə təmir işlərinin uzunluğu 450 metr olan Tələt Şıxəliyev həmçinin, Müzəffər Nərimanov, Məsud Əlizadə küçələrində və Fətəli Xan Xoyski prostektində aparılması nəzərdə tutulur.
Cari ilin “İnvestisiya Proqramı”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.