SOSİUM

20 İyul

SN: COVİD-ə yoluxma daha da kəskinləşəcək

“COVID-19 virusunun yayılması halları yenidən artıb. Çox güman ki, bu hal gedərək daha da kəskinləşəcək”.

Fins.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, hazırda yeni ştammlar da mövcuddur:

“Bu ştammların yeni versiyalarının yayılması insanlarda tədricən yaranan immuniteti rahatlıqla məhv edir. Hətta bu ilin əvvəlində Omicron ştammına yoluxan şəxslər yenidən mutasiyaya uğrayan ştammlara yoluxa bilərlər”.