Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara istehlakçılar tərəfindən 553,2 mln. manat xərclənib.
Fins.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 27,5% və ya 119,3 mln. manat çoxdur.
Bu ilin may göstəricisi ilə müqayisədə iyun satışlarının həcmi 3,1% və ya 3,3 mln. manat artaraq 107,9 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk altı ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisindən 0,3 faiz bəndi çoxdur.