Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 294,7 min vahid artıb və bu il iyul ayının 1-nə 1 milyon 696,6 minə çatıb.
Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 255,8 min vahid artaraq 795,7 min olub.
3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bildirilib ki, əmək müqavilələrinin sayında artım iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsidir.