SOSİUM

08 İyul

Bayram günlərində "ASAN xidmət” və “ASAN Kommunal”da qeyri-iş günü olacaq

Qurban bayramı ilə əlaqədar 9 və 10 iyul tarixlərində "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

"ASAN xidmət"dən Fins. az-a verilən xəbərə görə,11 iyul tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

11, 12 və 13 iyul tarixlərində Bakı şəhərində yerləşən "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində iş saat 17:00-da, regional mərkəzlərdə isə 16:00-da bitəcək.