Rusiya Federasiyasında Azərbaycan Respublikasının vətəndaşlarına pensiya təyin olunarkən onların Rusiya Federasiyasının ərazilərində ən azı 1 il yaşaması şərtilə, hər iki razılığa gələn tərəfin ərazilərində yaşadığı dövrlər nəzərə alınacaq.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Rusiyada sosial pensiya sığortaolunan şəxsin Azərbaycan qanunvericiliyinə uyğun təyin olunmuş pensiyaları almaması şərtilə Rusiya qanunvericiliyinə uyğun təyin olunacaq və ödəniləcək.
Sənədə qeyd olunub ki, sığortaolunan şəxsin ərizəsinə əsasən təyin edilmiş pensiyalar ona bu pensiyaları təyin edən razılığa gələn tərəfin ərazisində ödənilə, yaxud digər razılığa gələn tərəfin ərazisinə köçürülə bilər. Başqa hal müəyyən edilməyibsə, razılığa gələn tərəflərin təyin etdiyi və ödədiyi pensiyalar sığortaolunan şəxsin digər razılığa gələn tərəfin ərazisində yaşaması ilə əlaqədar olaraq azaldıla, dayandırıla və ləğv edilə bilməz. O cümlədən başqa hal nəzərdə tutulmayıbsa, sığortaolunan şəxsin bir razılığa gələn tərəfin ərazisindən digər razılığa gələn tərəfin ərazisində yaşamaq üçün köçdüyü zaman ona təyin olunmuş pensiyanı, o cümlədən pensiyaya ödəmələrin və artımların ödənişini onu təyin edən razılığa gələn tərəf davam etdirir. Sığortaolunan şəxs daimi yaşayış üçün üçüncü dövlətə köçdüyü zaman pensiyanı təyin edən razılığa gələn tərəf sığortaolunan şəxsin seçiminə əsasən ona təyin olunmuş pensiyaları ya öz ərazisində ödəməyə davam edir, ya da digər razılığa gələn tərəfin ərazisinə köçürüləcək. Bu müddəalar aşağıdakılara şamil olunmur:
- Azərbaycan Respublikası üçün - əmək pensiyasının sığorta hissəsinə əlavələrə, Azərbaycan SSR-nin ərazisində əmək fəaliyyəti dövrü üçün pensiya məbləğinə, habelə pensiya təminatı öhdəliyinin sığortaolunan şəxsin ərazisində yaşadığı ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının təsdiq edilməsi ilə nəzərə alınmış sığorta stajına görə hesablanmış pensiya məbləğinə;
- Rusiya Federasiyası üçün – sığorta pensiyasına müəyyən olunmuş sabit ödənişinə, pensiya hüquqlarının pul formasında valorizasiyasına, Rusiya qanunvericiliyinə əsasən, sığorta olunan şəxsin və ya onun ailə üzvünün yaşayış yerinin nəzərə alınması ilə müəyyən edilən sığorta pensiyasına əlavələrə, habelə pensiya təminatı öhdəliyinin sığorta olunan şəxsin ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının tətbiq edilməsi ilə nəzərə alınmış sığorta stajına əsasən, hesablanmış pensiya məbləğinə.
Sənədə görə Rusiya Federasiyasında pensiyaya federal və ya regional sosial əlavənin tətbiq edilməsi zamanı Azərbaycan qanunvericiliyinə əsasən təyin edilmiş pensiyalar nəzərə alınır.
Hər iki razılığa gələn tərəfin ərazilərində əmək fəaliyyəti (muzdlu iş) ilə məşğul olan sığortaolunan şəxslərə ərazisində daimi yaşadıqları razılığa gələn tərəfin qanunvericiliyi şamil olunur. Razılığa gələn tərəflərin birinin ərazisində, adətən işlədikləri təşkilatda əmək fəaliyyəti (muzdlu iş) ilə məşğul olan və bu təşkilat tərəfindən razılığa gələn tərəfin ərazisinə müəyyən dövr ərzində işləmək üçün göndərilən sığortaolunan şəxslərə ezamiyyət müddətində, lakin 24 aydan çox olmamaq şərtilə, birinci razılığa gələn tərəfin qanunvericiliyi şamil olunur. Səlahiyyətli orqanlar arasında fərdi qaydada əldə edilmiş razılıq əsasında sığortaolunan şəxsi göndərən razılığa gələn tərəfin qanunvericiliyinin qeyd olunan tətbiq müddəti 24 aydan çox olmamaqla uzadıla bilər.
Qanun layihəsində qeyd olunur ki, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər bir razılığa gələn tərəf öz qanunvericiliyinə uyğun olaraq onun ərazisində əldə edilmiş sığorta stajına (və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq, toplanmış pensiya kapitalına – Azərbaycan üçün) görə pensiya təyin edəcək. Razılığa gələn tərəflər pensiya hüququnun müəyyən edilməsi zamanı onların ərazisində. Habelə keçmiş Azərbaycan SSR-nin və Rusiya SFSR-nin ərazisində əldə edilən sığorta stajını (və ya Azərbaycan qanunvericiliyinə uyğun olaraq, toplanmış pensiya kapitalına – Azərbaycan üçün) nəzərə alırlar. Bu müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, keçmiş SSRİ-nin tərkibinə daxil olan digər respublikalarının, habelə digər dövlətlərin ərazilərində əldə edilmiş sığorta stajı nəzərə alınmır. Razılığa gələn tərəflərin birinin qanunvericiliyinə əsasən, pensiya hüququ digər razılığa gələn tərəfin ərazisində əldə edilmiş sığorta stajı nəzərə alınmadan yaranırsa, birinci razılığa gələn tərəf pensiyanı onun ərazisində əldə edilmiş sığorta stajının əsasında təyin edir. Bu zaman sığorta stajının hesablanması və təsdiq edilməsi pensiyanı təyin edən razılığa gələn tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir. Sığorta stajı pensiya hüququnun müəyyən edilməsi üçün kifayət etmirsə, bu zaman digər razılığa gələn tərəfin habelə pensiyanı təyin edən razılığa gələn tərəfin sosial təminat (pensiya sığortası) haqqında beynəlxalq saziş bağlandığı üçüncü dövlətin qanunvericiliyinə əsasən, əldə edilmiş sığorta stajı da nəzərə alınır.
Bu halda pensiya hüququ müəyyən edilərkən əldə edilməsi dövrünə görə üst-üstə düşən sığorta stajı cəmlənmir.
Rusiyada pensiya hüququ müəyyən edilərkən fərdi pensiya əmsalının miqdarı Rusiyanın, habelə keçmiş Rusiya SFSR-nin ərazisində əldə edilmiş. Staj müddətlərinə görə müəyyən edilir. Rusiya qanunvericiliyinə əsasən, fərdi pensiya əmsalının tələb olan miqdarının təmin edilməməsi ilə əlaqədar pensiya hüququ yaranmadığı halda Azərbaycanın, keçmiş Azərbaycan SSR-nin ərazisində, habelə Rusiyanın sosial təminat (pensiya sığortası) haqqında beynəlxalq müqavilə imzaladığı üçüncü dövlətin ərazisində əldə edilən iş stajını hər il üçün birə bərabər fərdi pensiya əmsalı tətbiq edilir. Bu zaman sığorta stajının bir ayı tam təqvim ili üçün əmsalın 1/12 hissəsini bir gün isə tam təqvim ili üçün əmsalın 1/360 hissəsini təşkil edir. Razılığa gələn tərəflərdən birinin qanunvericiliyinə əsasən, müəyyən ixtisas üzrə müəyyən vəzifədə və ya müəyyən əmək şərtlərində və təşkilatlarda işlə əlaqədar olaraq pensiya hüququnun müəyyən edilməsi zamanı 1 yanvar 1991-ci il tarixinədək keçmiş Azərbaycan SSRİ və Rusiya SFSR ərazilərindəki iş dövrləri istisna olmaqla digər razılığa gələn tərəfin ərazisində analoji iş dövrləri birinci razılığa gələn tərəfin ərazisindəki iş dövrləri ilə cəmlənmir, lakin ümumi əsaslarla sosial sığorta stajı dövrü kimi nəzərə alınır. Sığorta stajı 12 aydan azdırsa, həmin sığorta stajının müvafiq razılığa gələn tərəfin qanunvericiliyinə əsasən, pensiya hüququ verdiyi hallar istisna olmaqla, pensiya təyin edilmir. Ailə üzvlərindən asılı olaraq yaşa görə vaxtından əvvəl əmək pensiyası (qocalığa görə vaxtından əvvəl sığorta pensiyası) hüququ müəyyən edilərkən Azərbaycan üçün - Azərbaycanın, habelə keçmiş Azərbaycan SSRİ ərazisində, Rusiya üçün – Rusiyanın, habelə Rusiya SFSR-nin ərazisində doğulmuş və tərbiyə edilmiş uşaqlar nəzərə alınır.
Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Sazişin təsdiq edilməsi barədə” 3 aprel 2001-ci il tarixli qanun ləğv edilir. Hazırda qüvvədə olan həmin qanuna əsasən, tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verir. Bu Saziş üzrə pensiya təminatının həyata keçirilməsi ilə əlaqədar bütün xərcləri belə təminatı verən dövlət çəkir. Vətəndaşlara pensiyaların təyin edilməsi onların daimi yaşayış yeri üzrə aparılır. Güzəştli əsaslarla və xidmət illərinə görə pensiyalar da daxil olmaqla, pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və (və ya) Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, bu Saziş qüvvəyə minənədək də əldə edilmiş, həmçinin keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış əmək (sığorta) stajı nəzərə alınır. Bir Tərəf dövlətin ərazisindən digər Tərəfin dövlətin ərazisinə köçmüş və köçəndən sonra da işləmiş vətəndaşlara pensiyanın həcmi köçəndən sonra qazanılmış əmək haqqından (gəlirdən) hesablanır. Bir Tərəfin dövlətindən digər Tərəfin dövlətinin ərazisinə köçəndən sonra işləməmiş və ya köçüb gəldiyi Tərəfin dövlətinin qanunvericiliyi üzrə pensiya təyin olunan zaman əmək haqqının hesablanması üçün tələb olunan minimum iş dövrünə malik olmayan vətəndaşlara pensiyanın məbləği, onların ərazisinə köçdükləri Tərəfin dövlətinin pensiya təyin edərkən götürdüyü analoji fəaliyyət göstərən müvafiq peşə və ixtisası olan işçinin orta aylıq əmək haqqından hesablanır. Yuxarıda göstərilən qaydada orta aylıq əmək haqqının müəyyən edilməsi mümkün olmadığı halda, pensiyanın məbləği vətəndaşın köçüb gəldiyi Tərəfin dövlətinin ərazisində pensiya təyin olunan vaxta qədər mövcud olan orta aylıq əmək haqqından hesablanır. Bir Tərəfin dövlətinin ərazisindən digər Tərəfin dövlətinin ərazisinə köçmüş pensiyaçıya əvvəlki yaşayış yeri üzrə pensiya ödənişi vətəndaşın pensiya təminatını həyata keçirən orqana müvafiq ərizə verdiyi ayın ardınca gələn ayın birindən etibarən dayandırılır. Pensiyaçının yeni yaşayış yeri üzrə pensiya əvvəlki yaşayış yeri üzrə ödənişin dayandırıldığı aydan sonrakı ayın birindən, lakin yaşayış yeri üzrə qeyd olunduğu (qeydiyyata düşdüyü) aydan əvvələ altı aydan çox olmayaraq təyin edilir. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ərazisində, həmçinin 1992-ci il yanvarın 1-nə qədər keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisində, o cümlədən bu Saziş qüvvəyə minənə qədər da, müəyyən olunmuş qaydada verilən pensiya təminatı üçün zəruri sənədlər leqallaşdırılmadan qəbul edilir.