Bu gün saat 08:00-a olan müşahidəyə əsasən, Kür çayında suyun səviyyəsi 446 sm təşkil edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bu barədə Kür-Qıraqkəsəmən məntəqəsindən verilən son məlumatda bildirilib.
Qeyd edilib ki, bu göstərici dünən səhər 8-də aparılan müşahidə ilə müqayisədə 20 sm azdır.