2021-ci ilin yekunları üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) aktivlərini 8.2% - 22 milyard 556 milyon 440,793 min manatadək artırıb.
Agentliyin dərc olunmuş maliyyə hesabatına əsasən, aktivlərin strukturunda əsas pay uzunmüddəti aktivlərdir – 22 milyard 20 milyon 142,901 min manat (artım 7%).
2021-ci il ərzində qısamüddətli debitor borcları 3,6 dəfə – 264 milyon 809,739 min manatadək artıb, ehtiyatlar 20% - 151 milyon 947,897 min manatadək azalıb, pul vəsaiti və onların ekvivalenti 13,6 dəfə - 119 milyon 540,255 min manatadək artıb.
Həmçinin, hesabat ili ərzində sona çatdırılmamış kapital qoyuluşlarının həcmi 11,8% - 13 milyard 733 milyon 394,417 min manatdək artıb.
2021-ci il ərzində hesabata əsasən, Agentliyin ümumi öhdəlikləri 227 milyon 926,252 min manat (azalma 1,4%) təşkil edib. Öhdəliklərin strukturunda uzunmüddətli öhdəliklər 8,7% - 167 milyon 109,866 min manatadək azalıb, qısamüddətli öhdəliklər 26,3% - 60 milyon 816,387 min manatadək artıb.
2021-ci il ərzində Agentliyin məcmu kapitalı 8,3% - 22 milyard 328 milyon 514,54 min manatadək artıb. Həmçinin, əlavə kapital 8,6% - 21 milyard 573 milyon 733,454 min manatadək artıb, nizamnamə kapitalı dəyişməyib – 713 milyon 105,355 min manat olub.
Ötən il ərzində əməliyyat gəlirləri və xərcləri 1,8 dəfə - 2 milyard 1 milyon 520,494 min manatadək artıb.