2022-ci ilin may ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 15,0 min nəfər və ya 0,32% artıb.
"Fins.az" xəbər verir ki,bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayımlayıb.
Məlumata görə, 2022-ci ilin 1 iyun tarixinə uçota alınmış sığortaolunanların sayı 4,69 mln. nəfər təşkil edib.