SOSİUM

23 İyun

Samir Məmmədov: \"Ənənəvi şəhərlərin \"ağıllı şəhər\"lərə çevrilməsi prioritetdir\"

"Azərbaycanda rəqəmsal inkişaf sahəsində böyük işlər aparılır. Bu gün ənənəvi şəhərlərin "ağıllı şəhər"lərə çevrilməsi qarşımızda duran prioritet məsələlərdəndir”.

Bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bildirib.

Bundan başqa, S. Məmmədov eyd edib ki, hazırda Azərbaycanda əhalinin 81 %-dən çoxunun internetə çıxışı var, ölkədə 6 milyondan çox abunəçi genişzolaqlı internetlə təmin edilib.