SOSİUM

20 İyun

Nazir: Əmək bazarında peşə və orta ixtisas təhsilli şəxsələrə ehtiyac var

"Gənclərin məşğulluğu hər zaman prioritet olaraq qalır".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, dünyada belə gənclərin məşğulluğu ümumi məşğulluqdan daha aşağı olur:

"Gənclər üçün bir sıra proqramlar nəzərdə tuturuq. Həm BMT ilə birgə həyata keçiriləcək layihələr, həm də dövlət vəsaiti hesabına gənclərə xüsusi yer ayırılıb. Bir çox hallarda ali təhsilli məzunlarla bağlı danışırıq. Amma bu gün əmək bazarında həm də peşə təhsilli və orta ixtisas təhsilli şəxsələrə ehtiyac var. Bu səbəbdən gənclərin peşə karyerasının düzgün planlaşdırılması ən önəmli istiqamətlərdən biridir. Son 3 ildə biz həm karyera məsləhət proqramlarının, həm də peşəyönümlü məsləhət xidmətlərinin icrasına başlamışıq. Düşünürük ki, gənclərə hələ məktəbli dövründən istiqamətləri daha çox aşılamalayıq".

Nazir gənclərə tövsiyə edib ki, daim elektron imkanlardan istifadə etsinlər.

"Ölkədəki vakansiyalar məşğulluq alt sistemində yerləşdirilir. Gənclər həmin vakansiyalara aktiv şəkildə müraciət etsinlər".