Azərbaycan əhalisinin sayı açıqlanıb.
Bu barədə Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16 812 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il may ayının 1-i vəziyyətinə 10 173 178 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.