2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 7 faiz və ya 159 mln. manat çox olmaqla 2 mlrd. 300 mln. manat təşkil edib.
Nazirlikdən verilən məlumata görə, fondun xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz və ya 108 mln. manat artaraq 2 mlrd. 179 mln. manat olub.
DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib: Yanvar-may aylarında bu daxilolmalarda 10 faiz və ya 157 mln. manat artım baş verib.