SOSİUM

09 İyun

Azərbaycanda elektron əmək birjası hazırlanır

“Hazırda elektron əmək birjası hazırlanır”.

Bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşqulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, innovativ yanaşma və rəqəmsallaşma məğulluğun təmin olunmasında ciddi resurs və imkan verəcək: “Bütün kağız daşıyıcılarda olan şəxsi işlər ləğv edilərək elektron formaya keçirilir. Əmək kitabçası ləğv edilmir, işə götürənlər o tələbi irəli sürməyəcəklər”.

Abbasbəylinin sözlərinə görə, hazırda məşğulluq xəritəsi təşkil edilir: “Həmçinin peşələr atlası təqdim olunacaq. Bununla iş axtaranlar öz gələcək peşələrini düzgün müəyyən edəcəklər. Virtual peşə hazırlığı olan “Bacar” platformasını hazırlayırıq. Təlimlərin onlayn qaydalda keçirilməsini tətbiq edirik. Bütün bunlar gənclərin əmək bazarına düzgün hazırlanmasına kömək edəcək”.

(c)Qafqazinfo