SOSİUM

09 İyun

Agentlik: Qarabağda iş platforması üzərində çalışırıq

"Bütün Qarabağ üzrə fəaliyyət göstərən şirkətlərinin işə qəbulu vahid mərkəzdən aparılır".

Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağda işlə təmin olunmaq istəyən şəxslər müraciət edir, həmçinin şirkətlər öz vakansiyalarını məşğulluq altsisteminə yerləşdirirlər:

"Hazırda isə Qarabağda iş platforması üzərində çalışırıq. İnanırıq ki, bütqn bu məsələlər daha innovativ yolla həyata keçiriləcək".