2022-ci ilin birinci rübündə “Bakı Metropoliteni” QSC sərnişin daşınmasından 13 milyon 255,7 min manat gəlir əldə edib.
"Fins.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Hesabat dövründə “Bakı Metropoliteni” QSC işçilərinin sayı 4 min 613 nəfət təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqaisədə 1171 nəfət və ya 20.2% azdır.
2022-ci ilin birinci rübünüdə “Bakı Metropoliteni” QSC işçilərinin orta aylıq əməkhaqqı 1 min 72 manata 1 qəpik təşkil edib ki, bu da illik müqaisədə 26.6% artımın göstəricisidir.
Hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 45 milyon 635,7 min nəfər təşkil edib.
Müəllif: Aynur Qəniyeva