SOSİUM

08 İyun

Rusiya aviaşirkəti aşağı büdcəli layihəsini dondurub

Rusiyanın ən böyük özəl aviaşirkəti “S7 Airlines” 2022-ci ilin yayında uçuşlara başlamalı olan aşağı büdcəli “Citrus” layihəsini dondurmaq qərarına gəlib.

Bu barədə “İzvestiya”ya şirkətin rəsmi nümayəndəsi məlumat verib.

“Mövcud şəraitdə “S7 Group” “Citrus” aşağı büdcəli aviaşirkət layihəsini dondurur. 2022-ci ildə aşağı büdcəli aviaşirkətin fəaliyyətə başlaması üçün tələb olunan təyyarələrin tədarükü baş tutmayacaq, ona görə də belə bir biznes modeli olan aviaşirkətin inkişafı indi təəssüf ki, mümkün deyil. Layihənin gələcəyi ilə bağlı qərar ilin sonuna kimi veriləcək”, - deyə mənbə qeyd edib.