May ayında dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı təxminən 15,9 milyon nəfər artıb. Bu, aprel ayı ilə müqayisədə üçdəbir qədər azdır və ötən ilin oktyabr ayının səviyyəsinə uyğundur.
Eyni zamanda ölüm də ötən ayla müqayisədə üçdəbir qədər azalıb və 2020-ci ilin yazının əvvəlindən bəri ən aşağı səviyyədə olub. May ayında dünyada təxminən 55 min insan koronavirusdan dünyasını dəyişib.
Mənbə: TASS