SOSİUM

06 İyun

“Şərq Bazarı”nda 300 nəfər işləyəcək

Bakıda “Şərq Bazarı” kompleksində 78 icarədar fəaliyyət göstərəcək.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 6-da kompleksdə bərpa və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən bildirilib.

Qeyd olunub ki, bu, 300 yeni iş yerinin yaranması deməkdir.