2022-ci ilin may ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127,9 min nəfərdən çox olub.
Dövlət Sosial Müdafiə Fondundan verilən xəbərə görə, onlardan 99,6 min nəfərdən çoxu yaşa, 14 min nəfərdən çoxu əlilliyə, 14,2 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiyası alıb.