6 iyun, gecə 01:00-dan etibarən Formula 1 yarışlarının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq.
Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
Hərəkət 14 iyun, səhər saatlarından etibarən bərpa olunacaq.
Qeyd edilib ki, nəqliyyata məhdudiyyət 3 zonada tətbiq ediləcək. İçərişəhər ərazisi, Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin yerləşdiyi ərazidir.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində Bakıda baş tutacaq.