SOSİUM

31 May

Bu il məktəblərin təmirinə nə qədər vəsait  xərclənəcək?-NAZİRDƏN AÇIQLAMA

Təmir işlərinə bu il 105 mln. manat, daha sonra isə 57 mln. manatadək vəsait xərclənəcək

"Fins.az" xəbər verir ki, bunu "Təhsil biznesi problem və perspektivlər" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bununla bağlı nəticələr yaxın iki həftəyə hazır olacaq. 


"Hər şey planlaşdırıldığı kimi getsə, ilin sonuna biz modul tipli məktəblərin ölkə ərazisində hamısını artıq bitirəcəyik. Söhbət şagird sayı 100-ə qədər olan məktəblərdən gedir. Digər məktəblərlə bağlı isə bu ilə başa çox layihələndirmə olmaqla, növbəti illərdə maksimal sayda məktəblərin təmirini nəzərdə tuturuq. Təmir işlərinə bu il 105 mln. manat, daha sonra isə 57 mln. manatadək vəsait xərclənəcək",- deyə nazir qeyd edib.