SOSİUM

27 May

Şöbə müdiri: Yeni meyarlarda kombinə edilmiş xəstəliklər üzrə əlillik dəyərləndirməsi ayrı aparılacaq

“Yeni meyarlarda əvvəlki meyarlardan fərqli olaraq kombinə edilmiş xəstəliklər üzrə əlillik dəyərləndirməsi ayrı aparılacaq”.

Fins.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da deyib.

O bildirib ki, yəni insan həm görmür, həm eşitmirsə və ya həm danışmır, həm də eşitmirsə, bunun üçün fərqli bir meyar olacaq və müddətsiz olaraq qeydə alınacaq.