Dəmir yolu reysləri üzərində innovativ taksi sistemi olan “ASAN Railway” layihəsi üzrə ilkin sınaqlar bu ilin sonunadək həyata keçiriləcək.
Bunu "Fins.az"-a açıqlamasında "İdrak Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev deyib.
Hikmət Abdullayevin sözlərinə görə, son iki il ərzində pandemiya səbəbindən layihənin icrasında fasilə yarandı.
Bu ilin sonuna nəzərdə tuturuq ki, öz tərəfimizdən hazırlanan sistemi təqdim edək və ilkin sınaq həyata keçirək",- deyə Hikmət Abdullayev qeyd edib.
Qeyd edək ki, “ASAN Railway” sərnişin daşınmasında ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olmaqla elektronika, robototexnika və internet həllərlə yüksək keyfiyyətli təhlükəsizliyi və istənilən yerə istənilən vaxtda çatma imkanını təmin edəcək.