Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib.
Fins.az-ın xəbərinə görə, parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq:
- “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
- “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
- “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;
- “Ali təhsil haqqında” qanun layihəsi;
- “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsi də yaz sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılmayacaq.
Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.