SOSİUM

21 May

G7 ölkələri pandemiya ilə mübarizə üçün 18,3 milyard dollar ayıracaq

“Böyük yeddilik”, yəni G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) “ACT-Accelerator” beynəlxalq mexanizminə 18,3 milyard ABŞ dolları ayırmaq qərarına gəliblər.

Bu barədə “Böyük yeddiliy”in səhiyyə nazirlərinin Berlində keçirilən görüşünün yekunları üzrə yayımlanan kommünikedə deyilir. Hazırda G7-yə Almaniya sədrlik edir.

“G7 üzvləri “ACT-Accelerator”a 18,3 milyard dollar ayırmaqla bağlı öhdəlik qəbul edib. Bunun da 12,36 milyard dolları COVAX-a ayrılıb”, - bəyanatda deyilir.

Bundan əlavə, G7 ölkələrinin İngiltərənin Karbis Bey kurort şəhərciyində keçirilən görüşdə, əsasən COVAX üçün olmaqla, 870 milyon doza peyvənd təmin etməyi öhdələrinə götürdükləri qeyd olunur.

© TASS