Azərbaycan səhiyyə naziri Teymur Musayev Türkiyədə səfərdədir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, T.Musayev səfər çərçivəsində həmkarı Fahrettin Koca ilə görüşüb.
Görüş barədə fikirlərini bölüşən T.Musayev bildirib ki, TURKOVAC vaksininin 3-cü faza klinik sınaqlarının Azərbaycanda keçirilməsinə dair qarşılıqlı razılıq əldə olunub:
"İnanıram ki, klinik sınaqların müsbət nəticələri, effektiv olması vaksinin gələcəkdə geniş şəkildə istifadəsinə töhfə verəcək".