SOSİUM

11 May

Bakıda yağışlı hava nə qədər davam edəcək? - AÇIQLAMA

Bu gün Bakıda günün ikinci yarısı yağıntısız keçəcək.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında günün ikinci yarısı hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin yağıntısız keçəcəyi gözlənilir.

"Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq", - deyə G.Məmmədova bildirib.

Xatırladaq ki, mayın 13-dən etibarən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi gözlənilir.