SOSİUM

10 May

"Mərkəzi Nəbatat Bağı ilə bağlı yeni layihə hazırlanır"

“Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın tapşırığına əsasən Mərkəzi Nəbatat Bağı ilə bağlı yeni layhə hazırlanır”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

“Bu, xaricdən gələn mütəxəssislərin iştirakı ilə hazırlanan unikal layihə olacaq. Parkın ərazisi 46 hektardan ibarətdir. Bu layihəni tamamlamaq üçün vaxt tələb olunur. Layihə üzərində iş tamamlanır, tam hazırlanandan sonra ictimaiyyətə təqdim olunacaq”.

© “Report”