ABŞ Gürcüstanın müdafiə qabiliyyətinin artırılması üçün ölkəyə 35 milyon dollar ayırmağı planlaşdırır.
Bu barədə məlumatı ABŞ Dövlət Departamentinin məktubuna istinadən “Amerikanın səsi”nin gürcü xidməti yayıb.
Məlumata görə, Dövlət Departamenti bu məsələ barədə müvafiq məktubu aprelin 24-ü ABŞ Konqresinə göndərib.
Sözügedən vəsaitin ayrılmasında məqsəd NATO müttəfiqlərinə Ukraynaya verməli olduqları silahların əvəzini əldə etməyə kömək etməkdir.