"Bakı Kristal Zalı" MMC 2021-ci ili 28 min 815 manat xalis mənfəətlə başa vurub. 2020-ci illə müqayisədə 2021-ci ildə "Bakı Kristal Zalı"nın xalis mənfəəti 4 dəfə artıb. Xalis mənfəətin artması əsas gəlirlərin deyil, dövlət büdcəsindən aldığı vəsaitin hesabınadır.
2020-ci illə müqayisədə 2021-ci ildə "Bakı Kristal Zalı"nın əsas əməliyyat gəlirləri təxminən 23 dəfə azalaraq 131 min 290 manat təşkil edib. Şirkət 2020-ci ildə 2 milyon 980 min manat əsas əməliyyat gəlirləri əldə edib.
Ötən il 2 milyon 900 min manat digər gəlirlər (dövlət büdcəsindən daxil olmuş vəsait) hesabına "Bakı Kristal Zalı"nın cəmi əməliyyat gəlirləri 3 milyon 35 min manat təşkil edib.
2021-ci ildə "Bakı Kristal Zalı"nın cəmi əməliyyat xərcləri 2 milyon 999 min manat təşkil edib. Ötən il şirkət 36 min 18 manat əməliyyat mənfəətindən 7 min 204 manat mənfəət vergisi də ödəyib.