Bakı metrosunda qatarların hərəkətində 9 dəqiqə gecikmə olub.
Gecikmə metronun “İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarın gecikməsi səbəbindən stansiyada sərnişin sıxlığı olub.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovun sözlərinə görə, ehtimal ki, ehtiyat qatarlardan biri xətdən çıxarılıb və bu səbəbdən interval artıb:
“Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”.