“Hesab edirəm ki, bu, gündəmdə deyil və olmayacaq. Dünyada insanların orta ömür müddəti artır. Azərbaycanda da orta ömür müddəti 77 yaş üzərindədir”.
Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “ARB 24”də yayımlanan “Nə baş verir?” verilişində bildirib.
“Yəqin ki, yaxın gələcəkdə insanlarımızın orta ömür müddəti artacaq. Pensiya yaşının azaldılmasına gərək yoxdur və praktika da bunu göstərir”, - deyə komitə sədri əlavə edib.