Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2022-ci ilin yanvar-mart ayları 3,8 mln. ton yük, 944,2 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,2%, sərnişin daşınmasında isə 98,3% artım müşahidə olunub.
Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 279 vaqon yüklənib, 353 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 12,2 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.