BMC-nin Azərbaycana ixrac etdiyi avtobuslara yeni avtobuslar əlavə olunub.
"Fins.az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayımlanıb.
Məlumata görə bu yaxınlarda BMC Azərbaycana 170 avtobus ixrac edəcək.
Bildirilir ki, bu günlərdə şirkət tərəfindən 170 ədəd Neocity 9 metr CNG-li avtobusların təhvil verilməsi prosesi tamamlanıb. Bununla da BMC-nin Bakıda xidmət göstərən avtobuslarının sayı 735-ə yüksəlib.