SOSİUM

13 Aprel

Bu gün axşama doğru Bakıda küləyin zəifləyəcəyi gözlənilir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən verilən xəbərə görə, aprelin 13-ü saat 08:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında küləyin sürəti: Bakıda 26 m/s, Çilov adasında 19 m/s , Neft Daşlarında 15 m/s müşahidə edilir. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrdir.

Gecə və səhər saatlarında Quba, Qusar, Xaltanda hava şəraiti yağıntılı olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 6-12 dərəcə isti, dağlıq rayonlarda 4 dərəcəyədək isti, aran rayonlarında 7-10 dərəcə isti olub.

Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında da küləyin zəifləyəcəyi gözlənilir.

Qeyd edək ki, ölkə ərazisində ötən axşam və gecə saatlarında küləyin maksimal sürəti 34-38 m/s olub.