“Son dörd ildə minimum əməkhaqqı 2,3 dəfə, pensiyaların minimum məbləği 2,2 dəfə artırılıb”.
Fins.az-ın məlumatına görə, bunu olunmuş “Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
O bildirib ki, son dörd ildə müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfədən çox artım baş verib.
Nazir müavini əlavə edib ki, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin böyük bir hissəsini əhatə edən üç sosial islahat paket icra olunub:
“2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondunda iki dəfədən çox artım baş verib”.