Orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği artıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin mart ayında orta hesabla 1 ailəyə ödənilən ÜDSY-nin məbləği artaraq, 246,5 manatdan 298,9 manata çatıb.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2 % artım deməkdir.