SOSİUM

08 Aprel

Qaz limitini keçən abonentlərin sayı açıqlanıb

Bu ilin yanvar-mart ayları ərzində əhalinin 80 faizi tətbiq edilən qaz limitini keçməyib.

Fins.az-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, bu ilin birinci rübündə əhali sektorunda 1 milyon 970 min abonent tətbiq edilən qaz limitinə görə istifadə etdiyi qazın dəyərini aşağı qiymətlə ödəyib, 487 min abonent isə qaz limitini keçib.