“Aktiv koronaviruslu xəstələrdən 50 nəfərinin müalicəsi hazırda xəstəxana şəraitində davam edir. Onların vəziyyəti stabilləşməyə doğru gedir və qısa müddətdə evə buraxılacaqlar”.
Fins.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, hazırda xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı azdır.
“Bu, reanimasiyada yatan xəstələrin sayına da təsir edir”, - TƏBİB rəhbəri vurğulayıb.